İlham Əliyevin prezident seçkilərindəki platformasını tam icra edib – ŞƏRHbackend

İlham Əliyevin prezident seçkilərindəki platformasını tam icra edib – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü göstərməklə bərabər, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli ölkə başçısı, uzaqgörən siyasətçi olduğunu göstərən bir faktdır.

2003-cü il oktyabrın 15-dəki seçkilərdə İlham Əliyevin platformalarının ana xəttini məhz Qarabağ məsələsi təşkil edib. Həmçinin, dövlət quruculuğu, ölkədəki iqtisadi artımın davam etdirilməsi, sosial yöndə problemlərin həlli qarşıya qoyulan vəzifələrdən biri olub.

Həmin tarixdən bu yana baxdıqda İlham Əliyevin qarşısına qoyduğu vəzifələrə nail olduğunu görmək mümkündür. O, istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu.

Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

İki gün sonra 59 yaşını qeyd edəcək ölkə başçısı, demək olar ki, Qarabağ məsələsi ilə bütün qarşısına qoyduğu strateji və prinsipial hədəflərə nail olub. Bunun üçün onun 17 illik prezidentlik dövrünə nəzər yetirmək kifayətdir.

Bütün dünyada baş verən qlobal koronavirus pandemiyası fonunda Azərbaycan bu məsələdən minimum zərərlə çıxmağı bacardı. İqtisadi göstəricilərdə kəskin geriləmə müşahidə edilmədi.

2003-cü ildən bu yana ordumuzun gücünə güc qatılması faktı Ali Baş Komandan kimi İlham Əliyevin daim Qarabağ məsələsini gündəmdə saxladığını göstərir. Bəziləri artıq Qarabağın unudulduğunu düşündüyü anda, ölkə başçısı təmkinli siyasət yeridərək istəyinə çatdı.

O, hər zaman Qarabağa qayıdacağımızla bağlı vədlər verdi. Prezidentin xüsusən cəbhəbölgəsi rayonlara səfərləri zamanı yerli əhaliyə səbirli olmalarını istəməsi, bu günün uzaqda olmadığını deməsi prezidentin necə uzaqgörən siyasətçi olduğunun göstəricisidir.

Müdrik, ağıllı siyasət nəticəsində Qarabağ münaqişəsi beynəlxalq qurumları narazı salmamaq üçün əvvəl diplomatik ölçüdə həll olunmağa çalışıldı. Halbuki elə o vaxt da Azərbaycan ordusu bütün işğal edilmiş torpaqlarını hərb gücünə xilas etməyə hazır idi. Lakin beynəlxalq müşahidəçilərə qoyulan hörmətdən irəli gələrək, danışıqlar masası uzun müddət prioritet saxlanıldı.

Lakin düşmən ölkənin özünün cəbhədə təxribatlarını genişləndirməsi, yeni torpaqlar iddiasında olması artıq Azərbaycana başqa yol buraxmadı. Ali Baş Komandanın “İrəli!” əmrindən sonra rəşadətli və müzəffər Ordumuz bir-birinin ardınca, dünyada görülməyən qısa müddətə – 44 günə işğaldan azad edilmiş rayonlarımızdan bir neçəsini silah gücünə dəqiqliklə icra etdi. Bununla da havada qalan BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri qeyri-dövlət tərəfindən yox, məhz Azərbaycan ordusu hesabına icra edilmiş oldu.

Qarabağ məsələsinin həlli, həmçinin, Qafqaz regionunda bir barışın, müharibəsiz həyatın olacağına işarə verir. Artıq ermənilər özləri də Azərbaycan dövlətinin, onun ölkə başçısının qüdrətini dərk edir, bu torpaqların Azərbaycanın tərkib hissəsini olduğunu qəbul edir, II Qarabağ Müharibəsində həlak olmuş erməni hərbçilərinin əbəs yerə itirildiyini etiraf edirlər. Bütün bunlar mehriban iki dövlət arasında mehriban qonşu siyasətinin olacağına bir ümid verir.

 

İnterpress.az