İmamdan arvadları düzgün “döymək” barədə MƏSLƏHƏT – VİDEObackend

İmamdan arvadları düzgün “döymək” barədə MƏSLƏHƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kazan imamı arvadları necə düzgün “döymək” lazım olduğunu danışıb.

interpress.az xəbər verir ki, bu barədə “Tatar İnform” məlumat yayıb. Kazanda məscidin imamı İrek Timur Kamayev qadın və kişilərə münasibətdə döyülmə ilə bağlı məsləhətlər verib.

“Başa düşməlisiniz ki, döymək və vurmaq iki fərqli şeydir. Döymək zədə ilə nəticələnməməli olan bir şeydir. Məsələ odur ki, adamı incitmək, qançırlar buraxmamaq, ancaq “dur, səhv edirsən” deyən adama yumşaq bir şəkildə bildirmək, ərin artıq narazı olduğunu və əlini qaldıracaq yerə gəlib çatdığını bildirməkdir”, – imam deyib.

Video yayıldıqdan sonra Tatarıstan Müftiliyi imam Timur Kamayevin arvadları “döymək”lə bağlı sözlərini kontekstdən çıxarmamağa çağırıb.

“Video podkastın tam versiyasına baxmağı tövsiyə edirik. Burada əl qaldırmanın yolverilməzliyindən danışılır. İslamda kimisə döymək, ona fiziki və mənəvi zərər vurmaq günahdır. Və məişət zorakılığının qurbanı olan qadınların kömək üçün Həzrətə və polisə müraciət etməsi lazımdır”, – Müftilikdən bildirilib.

Xuraman Etibarlı

İnterpress.az