İmtahanda telefon QALMAQALI: İki müəllim barəsində İŞ AÇILDIbackend

İmtahanda telefon QALMAQALI: İki müəllim barəsində İŞ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada VDİ qaydalarının pozulmasına görə müəllimlər mühakimə ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində iki müəllim Vahid Dövlət İmtahanı (VDİ) zamanı qayda pozuntusuna yol verilməsi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Məlumata görə, Primorski rayonundakı məktəblərdən birində çalışan ingilis dili müəllimi və ibtidai sinif müəllimi imtahan iştirakçılarının üzərində mobil telefon olduğunu aşkar etməyiblər.

Bununla bağlı VDİ-nin keçirilməsi qaydalarının pozulmasına dair inzibati protokollar tərtib olunub.

Bildirilib ki, həmin protokollara iyulun 21-də məhkəmədə baxılacaq.

Xuraman Etibarlı

İnterpress.az