İmtahandan keçə bilməyən miqrant uşaqlarla bağlı məlumat DİN-ə ÖTÜRÜLƏCƏKbackend

İmtahandan keçə bilməyən miqrant uşaqlarla bağlı məlumat DİN-ə ÖTÜRÜLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus dili imtahanından keçə bilməyən miqrant uşaqlarla bağlı məlumat Rusiya Daxili İşlər Nazirliyinə ötürüləcək.

İntertpress.az xəbər verir ki, bu barədə Rosobrnadzorun rəhbəri Anzor Muzayev bildirib.

Rus məktəbləri rus dili imtahanından keçə bilməyən miqrant uşaqlarla bağlı Daxili İşlər Nazirliyinə məlumat ötürəcək.

“Mexanizm İİbelədir: əgər onların hələ də məktəbə getmək arzusu varsa, o zaman üç ay ərzində öz vəsaitləri hesabına onlar valideyn olaraq övladını oxutmalı, kurslar tapmalı, cəhd etmək hüququna malikdirlər.

Əgər üç aydan sonra uşaq imtahandan keçməyibsə, onda Daxili İşlər Nazirliyi uşağa deyil, böyüklərə qarşı – öhdəliklərini yerinə yetirmədiyinə görə tədbir görməlidir”, – Muzayev əlavə edib.

Xuraman Etibarlı

İntertpress.az