İngiltərədə “Babet” qasırğası səbəbindən daşqın xəbərdarlığı edilibbackend

İngiltərədə “Babet” qasırğası səbəbindən daşqın xəbərdarlığı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə təsirli olan “Babet” fırtınasının bəzi bölgələrdə şiddətli yağış və küləyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Britaniya Meteorologiya İnstitutunun (Met Office) verdiyi açıqlamaya görə, “Babet” fırtınasının səbəb ola biləcəyi güclü yağış və güclü külək səbəbiylə həyəcan səviyyəsi “qırmızı” səviyyəyə qaldırılıb.

Qırmızı həyəcan səviyyəsi Şotlandiyanın şərqindəki əraziləri əhatə edəcək və GMT vaxtı ilə 20:00-dan ertəsi gün günortaya qədər qüvvədə olacaq. Lakin ölkənin əksər rayonlarında yağış yağacağı gözlənilir.

Bu, 2020-ci ilin fevralında Dennis fırtınasından sonra Böyük Britaniyada güclü yağış üçün ilk qırmızı xəbərdarlıq olub.

Şotlandiya Ətraf Mühitin Mühafizəsi Agentliyinin (SEPA) rəsmisi David Morqan da qeyd edib ki, sözügedən fırtına Şotlandiyaya güclü yağış və güclü küləklər gətirəcək və həftə sonu boyunca cənub-qərbdən başlayaraq şimal-şərqə doğru hərəkət edəcək.

Yerüstü suların və çayların təsirləri ehtimal olunur və insanlar mümkün daşqınlara hazır olmağa çağırılıb, çünki su hövzələri son güclü yağış və daşqınlar səbəbindən doyub.