İNSANDAN SEÇİLMƏYƏN yeni süni intellekt – VİDEObackend

İNSANDAN SEÇİLMƏYƏN yeni süni intellekt – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NVIDIA”insan kimi danışan yeni süni intellekt nümayiş edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

“NVIDIA” şirkəti real insan kimi dialoq apara bilən yeni süni intellekt “PersonaPlex”i təqdim edib. Bu texnologiya tamamilə pulsuzdur və süni intellekt sahəsində ciddi irəliləyiş hesab olunur.

Yeni sistemin əsas üstünlükləri bunlardır:

  • Düşünmək üçün fasilə vermədən axıcı dialoq aparır, şablon ifadələr istifadə etmir;
  • Məntiqi pauzalar verir, intonasiyanı dəyişir, nidalardan istifadə edir və hətta real insan kimi təsdiq səsləri (məsələn, “aha”, “hə”) çıxarır;
  • İstifadəçiyə aktiv reaksiya verir və ünsiyyəti kontekstdən asılı olaraq dərhal yenidən qurur;
  • “Promt” vasitəsilə əvvəlcədən konteksti, rolu və səs tonunu təyin etmək mümkündür.

Qeyd olunur ki, “PersonaPlex” tamamilə açıq mənbə koduna malikdir, yəni onu hətta kommersiya layihələrinə də sərbəst şəkildə inteqrasiya etmək mümkündür.

Xuraman Etibarlı

İnterpress.az