İnternetdə intim elanlar verib, özünü “Zəlimxan” kimi təqdim edən dələduz YAXALANDI – VİDEObackend

İnternetdə intim elanlar verib, özünü “Zəlimxan” kimi təqdim edən dələduz YAXALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoqradda qadın səsi ilə aldadan və çeçen ləhcəsi ilə hədələyən fırıldaqçı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Volqoqrad polisi qadın səsi və çeçen ləhcəsini təqlid edərək Rusiya vətəndaşlarının pullarını mənimsəyən qaraçı əsilli bir şəxsi saxlayıb.

Onun qurduğu dələduzluq sxemi sadə olsa da, qüsursuz işləyib. Fırıldaqçı internetdə intim xidmətlər təklif edən saxta anketlər yerləşdirib.

Potensial müştəri elana zəng etdikdə, dələduz səsini qadın səsinə dəyişərək inandırıcı şəkildə danışıb. Qurbana çevrilən şəxs qadınla danışdığına inanaraq fırıldaqçının hesabına pul köçürüb.

Əgər zəng edən şəxs şübhələnərək pul ödəməkdən imtina etsəydi, dələduz dərhal taktikasını dəyişirdi.

O, qafqaz ləhcəsi ilə müştəriyə zəng edərək hədə-qorxu gəlir və özünü “Zəlimxan” kimi təqdim edirdi.

Əvvəlcədən əldə olunmuş razılığın pozulduğunu bəhanə gətirən fırıldaqçı onlardan əlavə pul tələb edirdi. Nəticədə qorxuya düşən insanlar pulu göndərməyə məcbur olublar.

Lakin zərərçəkənlərdən birinin qorxmadan polisə müraciət etməsi fırıldaqçının fəaliyyətinə son qoyub.

Saxlanılan şəxs polis bölməsində müstəntiqlər qarşısında öz səs bacarıqlarını əyani şəkildə nümayiş etdirib.

Xuraman Etibarlı

İnterpress.az