İran bunu özünə təhlükə hesab edirsə, öz işidir” – Etibar Məmmədovbackend

İran bunu özünə təhlükə hesab edirsə, öz işidir” – Etibar Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran özü bilər nəyi istəyir, nəyi istəmir. Cənubi Qafqazda yeni vəziyyəti biz yaratmışıq. Müttəfiqlərimiz də var. İran da bu vəziyyətlə barışmalı olacaq”.bunu Cebhe.info-ya açıqlamasında “Günazforum”un rəhbəri, AMİP lideri Etibar Məmmədov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bəyanatına münasibət bildirərəkən belə deyib.

Qeyd edək ki, Abdullahian Rusiyaya səfəri zamanı İranın Cənubi Qafqazda baş verən dəyişiklikləri qəbul etməyəcəyini deyib.

“Bölgə yeni və hədsiz tələblərə tab gətirə bilməz”, – deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“İran digər ölkələrdən onun mehriban qonşuluq siyasətinə müsbət cavab verməsini gözləyir. Biz Qafqaz regionundakı geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik. “Sionistlər”in və terrorçuların mövcudluğundan və “sionist” rejimin təxribatçı hərəkətlərindən narahatıq. İran öz təhlükəsizliyinə və bölgənin təhlükəsizliyinə ciddi yanaşır”, – deyə nazir Rusiyaya səfərinin yekununda bildirib.

“Bütün qonşularımıza müraciətimiz bölgə xalqlarının maraqları naminə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi ilə bağlıdır”, – deyə Abdullahian əlavə edib.

İranlı nazir rusiyalı həmkarı Sergey Lavrovun Cənubi Qafqazda hərbi təlimlərin aparılması ilə bağlı dediklərinə toxunaraq qeyd edib: “Cənab Lavrov Qafqaz bölgəsindəki hərbi manevrlərə işarə etdi. Azərbaycan Respublikası və digər ölkələr tərəfindən 6 təlim həyata keçirilib. İran son bir neçə gündə diplomatik kanallarla digər ölkələrə elan edilmiş yalnız bir təlim həyata keçirib. Bu manevrlər İranın daxilində İran silahlı qüvvələri tərəfindən həyata keçirilib. Onların mesajı bölgədə sülh, dostluq və təhlükəsizliyə yönəlib”.

Etibar Məmmədov İranın siyasi reallıqları qəbul etməkdən başqa yolunun olmadığını deyib: “Biz hərbi təlimləri öz ərazimizdə keçiririk. Əgər İran bunu özünə təhlükə hesab edirlərsə, onun öz işidir”.