İran dünyadan TƏCRİD OLUNDU: Bütün ölkədə internet KƏSİLDİ – FOTObackend

İran dünyadan TƏCRİD OLUNDU: Bütün ölkədə internet KƏSİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran tamamilə internetsiz qaldı: Hökumət saytları da işləmir

İnterpress.az xəbər verir ki, İranda qlobal şəbəkə ilə əlaqə tamamilə kəsilib.

KİV-in məlumatına görə, ölkə ərazisində internetə çıxış tam məhdudlaşdırılıb.

Vəziyyət o həddə çatıb ki, hətta dövlət qurumlarının rəsmi veb-saytlarına belə daxil olmaq mümkün deyil.

Bildirilir ki, yerli “Telegram” kanalları da bir saatdan çoxdur susqunluq nümayiş etdirir və heç bir məlumat yenilənmir.

“Rəqəmsal blekaut”un səbəbləri hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az