İran Fransa ilə Livanda atəşkəsi müzakirə etməyə hazırdır – Qalibafbackend

İran Fransa ilə Livanda atəşkəsi müzakirə etməyə hazırdır – Qalibaf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Fransa ilə Livanda atəşkəsi müzakirə etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bunu Fransanın “Le Figaro” nəşrinə müsahibəsində İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

İran yalnız Livan ordusunun ölkənin cənubunda İsraillə sərhədə yaxın ərazidə yerləşdirilməsini nəzərdə tutan BMT-nin 1701 saylı qətnaməsinin icrası ilə bağlı Fransa ilə danışıqlara hazırdır.

BMT Təhlükəsizlik Şurasının 2006-cı il avqustun 11-də 1701 saylı qətnaməsi qəbul edilib və buna əsasən İkinci Livan müharibəsindən sonra bölgədə atəşkəs elan edilib.

Xuraman Etibarlı

İnterpress.az