Azərbaycanla sərhəddə təlim keçən İran ordusunda qanlı hadisə baş verib. İran Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdə “AH-1 SuperCobra” hücum helikopterindən yanlışlıqla öz texnikalarına atəş açıblar.
Nəticədə 3 İran əsgəri ağır yaralanıb.Hadisə barədə əlavə məlumat verilməyib.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Elçin Alıoğlu şəxsi feysbuk hesabında paylaşıb.