İran Hörmüz boğazının açılması üçün ilkin şərtləri açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
İranın “Tasnim” xəbər agentliyi Hörmüz boğazının yenidən açılması üçün rəsmi Tehranın irəli sürdüyü ilkin şərtləri açıqlayıb.
Məlumata görə, bu şərtlər sırasına İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsinə dair qəti zəmanətin verilməsi və ABŞ-nin hərbi bazalarının bölgədən çıxarılması daxildir.
Bundan əlavə, rəsmi Tehran xaricdəki dondurulmuş aktivlərinin ölkəyə qaytarılmasını və beynəlxalq ticarətin ABŞ dolları ilə deyil, alternativ valyutalarla inkişaf etdirilməsini tələb edir.
Əlavə olaraq qeyd edək ki, Hörmüz boğazı qlobal neft və qaz daşımaları üçün dünyanın ən strateji dəniz yollarından biri hesab olunur.
Tehranın boğazla bağlı qərarları beynəlxalq bazarlara və enerji təhlükəsizliyinə birbaşa təsir göstərir.
Buna görə də, İranın irəli sürdüyü bu sərt şərtlərin ABŞ və müttəfiqləri tərəfindən necə qarşılanacağı qlobal ictimaiyyətin diqqət mərkəzindədir.
Xuraman Etibarlı
İnterpress.az






