İran Qarabağda terrorçu rejim üçün mənzillər tikirbackend

İran Qarabağda terrorçu rejim üçün mənzillər tikir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xocalıda separatçı-terrorçu rejim üçün mənzil tikir.

Yenisabah.az xəbər verir ki, bu barədə siyasi ekspert Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Ermənistan mediası yazır ki, Əsgəranda mənzil inşa olunmasında İran vətəndaşları da iştirak edirlər:

“Separatçıların “nümayəndəsi” Artur Qriqoryan İrandan gələnlərin fars olduğunu deyir.

Bu təsdiq edir ki:

– İranın Qarabağda separatçı-terrorçu rejimə dəstəyi təkcə qanunsuz yük daşımadan ibarət deyil;

– Separatçıların mənzil tikintisində və digər layihələrində İran şirkətləri də iştirak edir;

– Xankəndiyə daşınan qanunsuz yüklər İran şirkətlərinin layihələri üçündür;

– İran işğal dövründə olduğu kimi, indi də separatçı-terrorçu rejimlə əməkdaşlığı davam etdirir”.