İran Qərbin sanksiyalarına görə Avropaya uçuşları DAYANDIRDIbackend

İran Qərbin sanksiyalarına görə Avropaya uçuşları DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Avropa İttifaqının sanksiyalarına görə Avropaya uçuşları dayandırıb.

İnterpress.az xəbər verir ki, bunu İranın İLNA xəbər agentliyinə müsahibəsində İran Hava Yolları Assosiasiyasının nümayəndəsi Samani deyib.

İran Hava Yolları Avropa Birliyinin İran aviaşirkətlərinə qarşı sanksiyalarına cavab olaraq Avropaya uçuşları dayandırır.

O, “İran Air”in Avropaya birbaşa uçuşlar həyata keçirən yeganə aviaşirkət olduğunu qeyd edərək, gələcəkdə bəzi Avropa uçuşlarının Türkiyə və ya BƏƏ kimi aralıq ölkələr vasitəsilə həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 14-də Aİ İranın 3 aviaşirkətinə, o cümlədən İranın milli aviadaşıyıcısına, 4 sənaye və nəqliyyat şirkətinə, həmçinin müdafiə nazirinin müavini Qələndəri də daxil olmaqla 7 mülki məmura, iş adamlarına və hərbçilərə qarşı sanksiya tətbiq edib.

Xuraman Etibarlı

İnterpress.az