İran Səudiyyə Ərəbistanı ilə razılaşdıbackend

İran Səudiyyə Ərəbistanı ilə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanı arasında konsulluq fəaliyyətlərinin qarşılıqlı bərpası barədə razılıq əldə olunub.

Xarici KİV-də yayılan xəbərlərə görə, yaxın həftələrdə ölkələr arasındakı münasibətlərin normallaşdırılması da mümkündür.

Qeyd edək ki, indiyədək bu istiqamətdə Tehran və Ər-Riyad arasında beş mərhələdən ibarət danışıqlar baş tutub.

Xatırladaq ki, iki dövlət arasındakı münasibətlər 2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə “Ənsər Allah” (husilər) hərəkatına qarşı hərbi əməliyyatlara başlamasından sonra daha da kəskinləşib.