İran süni problemlə Azərbaycan-Rusiya münasibətlərini korlamağa cəhd edir” – Politoloqbackend

İran süni problemlə Azərbaycan-Rusiya münasibətlərini korlamağa cəhd edir” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq yolverilməzdir”.

Ötən gün  İranın ILNA agentliyinin İran-Rusiya Ticarət Palatasının üzvü Seyid Cəlalifərinin öz müsahibəsində Azərbaycan gömrüyünün Astarada İran yük maşınlarını saxlaması ilə bağlı iddiasına münasibət bildirən politoloq Yeganə Hacıyeva İnterpress.az-a açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, İran tərəfi yaratdığı problemlərlə Azərbaycana qarşı siyasi don geyindirməyə çalışır:

“Cəlalifəri müsahibə zamanı qeyd edib ki, Azərbaycan tərəfi guya qəsdən elektrik enerjisini kəsir, rentgenin işləmədiyinə və ya narkotik yoxlayan itlərin olmadığına istinad edir və Rusiyaya gedən İran yük maşınlarını saxlayır. Nəticədə sərhəddə yük maşınlarından ibarət 10 kilometrlik növbənin yaranmasına, yük maşınlarında tez xarab olan meyvə və tərəvəz daşındığına görə yüklərin xarab olmasına səbəb olub. Cəlalifər həmçinin deyib ki, problem İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladıqdan və bu ölkə ilə münasibətləri korladıqdan sonra yaranıb.

Bu gün isə Azərbaycan Gömrük Komitəsi İran yük maşınlarının saxlanması haqqında iddiaları təkzib etdi. Təkzibdə deyilir ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub.

İran özünün yaratdığı problemi İran- Rusiya Ticarət Palatasının üzvü Cəlalifərinin nitqindən “Azərbaycan Rusiyanın yükdaşımalarına mane olur” təqdimatı ilə indi guya Azərbaycan-Rusiya münasibətlərini korlamağa cəhd edir”.

Gülşən