İran üçün TƏHLÜKƏ – ABŞ “Bütün Bombaların Anası”nı İsrailə TƏHVİL VERDİbackend

İran üçün TƏHLÜKƏ – ABŞ “Bütün Bombaların Anası”nı İsrailə TƏHVİL VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ “Bütün Bombaların Anası”nı İsrailə təhvil verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin administrasiyası məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə sərt siyasətini davam etdirir.

Amerika Qəzza üzərində mümkün nəzarətinin qurulması ilə bağlı yüksək səsli bəyanatından sonra bölgədə qüvvələr balansını dəyişə biləcək addım atır.

Tramp administrasiyası ən güclü qeyri-nüvə bombalarından biri olan MOAB (Bütün Bombaların Anası) İsrailə təhvil verildiyini açıqlayıb.

Bu 11 tonluq bomba yerin dərinliklərində yerləşən obyektləri, məsələn, İranın nüvə obyektlərini məhv etmək gücündədir.

Əvvəllər ABŞ-nin bütün prezidentləri – Corc Buşdan Co Baydenə qədər münaqişənin genişlənməsindən ehtiyat edərək bu silahları İsrailə verməkdən imtina edirdilər. Ancaq indi Tramp ilk dəfə olaraq MOAB-lərin çatdırılması üçün yaşıl işıq yandırıb.

Ekspertlər hesab edirlər ki, bu, İsrail kəşfiyyatının məlumatına görə, bu ilin əvvəlində nüvə silahı əldə edə biləcək İranın nüvə obyektlərinə mümkün hücum üçün siqnal ola bilər.

Trampın sərt mövqeyinin səbəblərindən birinin İran xüsusi xidmət orqanlarının onu aradan götürmək planlarına dair xəbərlər olduğu bildirilir.

“Əgər bunu etsələr, yer üzündən silinəcəklər” deyən Tramp, hücum halında artıq əmr verdiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az