ABŞ-İsrail əməliyyatı zamanı artıq 150 amerikalı əsgər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Amerika hərbçiləri arasında yaralananların sayı artıb.
Məlumata görə, davam edən döyüşlər və qarşılıqlı zərbələr nəticəsində artıq 150 ABŞ hərbi qulluqçusu müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda regionda hərbi gərginlik yüksək səviyyədə qalmaqdadır. Yaralı hərbçilərin vəziyyəti və təxliyə prosesi ilə bağlı əlavə təfərrüatlar araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






