İrana ZƏRBƏ: ABŞ neft tədarükünü DAYANDIRACAQbackend

İrana ZƏRBƏ: ABŞ neft tədarükünü DAYANDIRACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrandan neft tədarükünü dayandırmaq planı hazırlayır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Birləşmiş Ştatlar kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına yönəlmiş beynəlxalq müqavilə çərçivəsində İran neft tankerlərinin dayandırılması və yoxlanılması planını nəzərdən keçirir.

Qeyd olunur ki, bu, İran neftinin tədarükünü gecikdirəcək və Tehranın gəlirlərinə zərbə vuracaq.

Mənbələr bildiriblər ki, Tramp administrasiyası müttəfiq ölkələrin Asiyanın Malakka boğazı və digər gəmi yolları kimi kritik nöqtələrindən keçən İran gəmilərini dayandırması və yoxlaması yollarını araşdırır.

Xuraman Etibarlı

İnterpress.az