İranda Almaniyaya bağlı mərkəzlərin filialları BAĞLANIB – FOTOLARbackend

İranda Almaniyaya bağlı mərkəzlərin filialları BAĞLANIB – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Almaniyanın “qeyri-qanuni mərkəzlərinin” filialları bağlanıb.

interpress.az xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İranda Almaniya hökumətinə bağlı “qeyri-qanuni mərkəz”in 2 filialı bağlanıb.

Rəsmi səbəb böyük maliyyə pozuntularıdır. Lakin bəzi mənbələr qeyd edir ki, bu hərəkətlər Hamburqdakı İslam Mərkəzinin fəaliyyətinə qoyulan qadağaya cavabdır.

Ölkədə Almaniyaya bağlı digər mərkəzlərlə bağlı araşdırmalar davam edir.

Bəzi İran KİV-lərinin məlumatına görə, bu mərkəzlərdən biri Almaniyanın qeyri-hökumət təşkilatının – Höte İnstitutunun ofisi olub. Xüsusi təyinatlıların əməliyyatlarda iştirak etmədiyi, münaqişə və döyülmə hallarının müşahidə olunmadığı qeyd edilir.

Bundan dərhal sonra İranın Berlindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Xuraman Etibarlı

İnterpress.az