İranda etirazlar SƏNGİMİR: 200-dən çox etirazçı SAXLANILDIbackend

İranda etirazlar SƏNGİMİR: 200-dən çox etirazçı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 200-dən çox etirazçı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İranın təhlükəsizlik qüvvələri ölkənin müxtəlif əyalətlərində baş verən son iğtişaşların 200-dən çox iştirakçısını və liderini saxlayıb.

Məlumata görə, Yəzd əyalətində inqilab əleyhinə qruplaşmalarla əlaqəsi olan 150-dən çox şəxs həbs edilib.

Onların arasında “Iran International” kimi xarici kütləvi informasiya vasitələri ilə əlaqəli olan “agentlər”in də olduğu bildirilir.

Bundan əlavə, Semnan və Şahrud əyalətlərində vandalizm əməllərinə görə 34 etirazçı, Gülüstan əyalətində isə üzərlərində silah, patron və qadağan olunmuş əşyalar aşkar edilən 40 nəfər saxlanılıb.

Qeyd olunur ki, son 20 gün ərzində sərhədçilər tərəfindən 300-dən çox odlu silah müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.az