İranda internet və telefon xidməti təxminən 15 saatdır ki, fasiləsiz olaraq kəsilib.
İnterpress.az xəbər verir ki, İranda davam edən etirazlar fonunda ölkədə tam rabitə blokadası hökm sürür.
Məlumata görə, ölkədə internet və telefon əlaqəsi artıq 15 saatdır ki, kəsilib. İnformasiya axını demək olar ki, dayanıb.
Yalnız İlon Maskın “Starlink” peyk internetinə çıxışı olan az sayda insan vasitəsilə bəzi videolar yüklənir ki, bu da “dəryada bir damla” effekti verir.
ABŞ Dövlət Departamenti farsdilli səhifəsində etirazçılara müraciət edərək, internetin kəsilməsinə baxmayaraq dayanmamağa çağırıb və Vaşinqtonun prosesləri diqqətlə izlədiyini bəyan edib.
Eyni zamanda, Donald Trampın İran rejiminə etirazçılara toxunmamaq barədə sərt xəbərdarlığı təkrar yayımlanıb.
Xuraman Etibarlı
İnterpress.az






