İranda Urmiya gölü quruyub, münbit torpaqlar “duz” təhlükəsi ilə üz-üzə qalıbbackend

İranda Urmiya gölü quruyub, münbit torpaqlar “duz” təhlükəsi ilə üz-üzə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yerləşən və dünyanın 2-ci ən böyük duz gölü kimi tanınan Urmiya gölü demək olar ki, tamamilə quruyub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Külək göldəki duzu ətrafa yaymağa başlayıb. Duzun yayıldığı və təsirlənə biləcək yerlərdən biri də Türkiyədir.

Qlobal iqlim dəyişikliyinə görə yağıntıların azalması, buxarlanmanın artması və yanlış siyasətlər dünyanın 2-ci ən böyük duz gölü olan Urmiya gölünün böyük ölçüdə qurumasına səbəb olub. İran hökuməti gölün əvvəlki vəziyyətinə qaytarılması üçün lazımi səylər göstərsə də, qurumasının qarşısını almaq mümkün olmayıb. Təxminən 5200 kvadrat kilometrlik gölün quruması ilə nəhəng duz yataqları əmələ gəlib.