İranda Xəzər suitiləri üçün xüsusi mərkəz YARADILDIbackend

İranda Xəzər suitiləri üçün xüsusi mərkəz YARADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Xəzər suitilərinin qorunması üçün mərkəz açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Gilan əyalətində yaradılan mərkəz nəsli kəsilməkdə olan bu canlıların müalicəsi və tədqiqatı ilə məşğul olacaq.

Məlumata əsasən, İranın Gilan əyalətində ölkədə ilk dəfə olaraq Xəzər suitilərinin mühafizəsi, müalicəsi və tədqiqatı üzrə ixtisaslaşmış mərkəz fəaliyyətə başlayıb.

Bildirilir ki, Xəzər suitisi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına daxil edilmiş yeganə dəniz məməlisidir. Son onilliklərdə onların sayının kəskin azalaraq təxminən bir milyondan 70 minə düşdüyü qeyd olunur.

Məlumata görə, İran vəziyyətin qiymətləndirilməsi və vahid yanaşmanın işlənib hazırlanması məqsədilə digər Xəzəryanı dövlətlərlə də fəal əməkdaşlıq edir.

Xəzər suitilərinin mühafizəsi məsələsinin 2026-cı ildə Tehranda keçiriləcək Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası Tərəflərinin yeddinci Konfransında əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az