İranda Cəhəmhar məscidinin üzərində üzərində qırmızı bayraq qaldırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Bildirilir ki, İranda Cəhəmhar məscidinin üzərində üzərində “Ya Hüseyn” yazılmış qırmızı bayraq qaldırılıb.
Bu simvol şiə ənənəsində xüsusi məna kəsb edir və İmam Hüseynin (ə) Kərbəlada haqsızlığına və şəhadətinə görə qan intiqamını ifadə edir.
Belə bir bayrağın qaldırılması matəm işarəsi olmaqla yanaşı, həm də qisas vədi kimi qəbul edilir.
Bölgədə gərginliyin artması fonunda bu jest cavab tədbirinə hazır olmaq xəbərdarlığı kimi şərh oluna bilər.
Xuraman Etibarlı
İnterpress.az