Yəhudi mərkəzinə terror hücumuna cəhd edən Pakistan vətəndaşı ABŞ-a təhvil verilib.
İnterpress.az xəbər verir ki, iyunun 10-da Kanadada yaşayan Pakistan vətəndaşı Məhəmməd Şahzeb Xan ABŞ-yə təhvil verilib və xarici terror təşkilatı İŞİD-ə maddi dəstək və resurs verməyə cəhddə ittiham olunub.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Xan 2024-cü il oktyabrın 7-də, HƏMAS-ın İsrailə hücumunun ildönümündə Bruklindəki yəhudi icma mərkəzində kütləvi atışma törətməyi planlaşdırırdı.
FTB-nin məlumatına görə, hücum İŞİD-ə dəstək məqsədi daşıyıb. Xan 4 sentyabr 2024-cü ildə Amerika müstəntiqləri onun planlarını üzə çıxardıqdan sonra Kanada səlahiyyətliləri tərəfindən saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az