Türkdilli dövlətlərin onkoloq alimləri xərçənglə mübarizə mövzusunda müzakirələr aparmaq üçün ilk dəfə bir ayara gələcəklər
İyunun 13-14-də Bakıda türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə “1-ci Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi” keçiriləcək.
İnterpress.az xəbər verir ki, Marriott Boulevard Hotel Baku-da təşkil olunacaq tədbir onkoloqları, səhiyyə orqanlarını və elm adamlarını bir araya gətirəcək. Konqres xərçənglə mübarizədə ümumi baxış yaratmaq məqsədi daşıyır.
Konqresin əsas məqsədi türk dövlətlərindən olan onkoloqlar arasında elmi, sosial və mədəni əməkdaşlığı inkişaf etdirməkdir; bilik və təcrübə mübadiləsini artırmaq və xərçəngin erkən diaqnostikasının, effektiv müalicə üsullarının və skrininq proqramlarının ümumi çərçivədə həll edilməsini təmin etməkdir.
Qeyd edək ki, konqresdə Azərbaycan da daxil olmaqla, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan ümumilikdə 500-ə yaxın akademik və səhiyyə qurumu iştirak edəcək.
Avrasiya Onkologiya Dərnəyinin dəstəyi ilə Türkiyədən 100 akademik konqresə qatılacaq.