Bakının əyləncə və istirahət məkanları sırasına daha bir fərqli ünvan əlavə olunub.
İnterpress.az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən “Yeni Oxen Klub”un rəsmi açılış mərasimi baş tutub.
Yeni konsepsiya və tam yenilənmiş tərzdə təqdim edilən məkan “Yeni gəlmədik, geri gəldik” şüarı ilə ictimaiyyətin qarşısına çıxıb.
Qeyd edək ki, müasir interyeri, rahat ab-havası, yüksək xidmət səviyyəsi və zəngin menyusu ilə fərqlənən “Yeni Oxen Klub”da həm yerli, həm də beynəlxalq mətbəxdən ləzzətli yeməklər təqdim olunur. Axşam saatlarında isə canlı musiqi və əyləncə proqramları qonaqlara unudulmaz istirahət imkanı yaradır.