İran mediası ələ keçirildiyi iddia edilən İsrailin bəzi gizli sənədlərini dərc edib.
İnterpress.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
İran mediası İran kəşfiyyatı tərəfindən ələ keçirildiyi iddia edilən İsrailin bəzi gizli sənədlərini dərc edib.
Nəşr yazır ki, bu məlumatlara əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Qrossi “İsrail rejimi ilə əməkdaşlıq edib və yaxından koordinasiya edib və onun əmrlərinə tam əməl edib”.
Bu fotolar MAQATE-nin Rəhbərlər Şurası İslam Respublikasının nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərini pozması səbəbindən bu gün İran əleyhinə qətnamə qəbul etdikdən sonra yayımlanıb.
Xuraman Etibarlı
İnterpress.az