İran İslam Respublikasının Ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycana qarşı fikirlər səsləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə o, “Khamenei.ir” nəşrinə şərhində bildirib.
“İran qəti və çevik hərəkətləri ilə “Zəngəzur dəhlizi” adlanan dəhlizin açılışını pozdu, özünün və Rusiyanın əngəllənməsinə mane oldu”, – Vilayəti deyib.
Daha sonra əlavə edib ki, “Bəzi ölkələr “Zəngəzur dəhlizi” yaratmaq bəhanəsi ilə Ermənistan vasitəsilə Naxçıvanı Azərbaycanla birləşdirməyə çalışdılar. Bu, Ermənistanın parçalanması və İranın Avropaya gedən dəhlizinin bağlanması demək olardı. Lakin İran onun icrasını pozdu”.
Vilayətinin sözlərinə görə, ABŞ-nin əvvəlki prezidenti Bayden özü də etiraf edib ki, layihənin başlanması üçün hər şey hazırdır.
Vilayəti sərsəm açıqlamalarına “Zəngəzur dəhlizi müəlliflərinin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiyanın qarşısını almaq olub” cəfəngiyatını da əlavə edib.
P.S. Üzdə dost, daxildə düşmən olan və Azərbaycana qarşı çıxan hər bir dövlət gec-tez faş olacaq və layiqli cavabını alacaq.
Xuraman Etibarlı
İnterpress.az