İran parlamentinin sədri İranın yeni uranın zənginləşdirilməsi mərkəzi tikmək qərarını “qanuni cavab” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Qalibaf X hesabında yazıb.
Qalibaf İranın qabaqcıl avadanlıqla yeni uranın zənginləşdirilməsi mərkəzi tikmək qərarını “qanuni cavab” adlandırıb.
“Rəhbərlər Şurasının qərəzli qərarı MAQATE ilə əməkdaşlığın əks-məhsuldar olduğunu sübut edir. İslam Respublikası bu izafiliyə qarşı qətiyyətli əks tədbirlər görəcək.
Mütərəqqi avadanlıqların alınması, yeni mərkəzin işə salınması və monitorinqin azaldılması qarşılıqlı əlaqə yolunun pozulmasına qanuni cavabdır”, – o yazıb.
Xuraman Etibarlı
İnterpress.az