İran hərbi təlimlərə BAŞLAYIRbackend

İran hərbi təlimlərə BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin İranın nüvə obyektlərinə mümkün zərbələri ilə bağlı xəbərlər fonunda İran hərbi təlimlərə başlayır.

İnterpress.az xəbər verir ki, İranın Baş Qərargah rəisi Baqiri bir sıra hərbi təlimlərə başladığını elan edib.

Onun sözlərinə görə, onlar İran ordusunun müdafiə qabiliyyətini artırmaq, eləcə də onların döyüş hazırlığını qiymətləndirmək üçün keçirilir.

Baqiri əlavə edib ki, təlimlər həm də “düşmənin hərəkətlərini izləmək məqsədi daşıyır”.

Bu qərar İsrailin İranın nüvə obyektlərinə mümkün zərbələri ilə bağlı xəbərlər fonunda və MAQATE-nin Rəhbərlər Şurasının İran əleyhinə qətnamə qəbul etməsindən sonra qəbul edilib. Bu qətnaməyə əsasən, İslam Respublikası 20 ildə ilk dəfə nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərini pozan elan edilib.

Xuraman Etibarlı

İnterpress.az