Qazaxıstanın KTMT-də iştirakı NATO ilə təmaslarda sayıqlıq tələb edir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. O, Qazaxıstanın Britaniya ilə 2025-2026-cı illər üçün hərbi əməkdaşlıq planı imzalaması ilə bağlı danışıb.
“Biz Qazaxıstanın KTMT çərçivəsində müttəfiqlik öhdəliklərini daha da yerinə yetirməyə, habelə NATO ölkələri ilə təmaslarda lazımi sayıqlıq tələb edən regional təhlükəsizliyin təmin edilməsi maraqları naminə təşkilatın fəaliyyətində konstruktiv iştirakına diqqət yetirməsinə şübhə etmirik. Bu, xüsusən, KTMT Müdafiə Nazirləri Şurasının may ayında Bişkekdə keçirilən iclası ilə təsdiqlənib”, – Zaxarova qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az