Misir Fələstin tərəfdarı etiraz aksiyasının xarici iştirakçılarını kütləvi şəkildə deportasiya edir.
İnterpress.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarına və hava limanındakı və təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Misir hakimiyyəti Fələstin tərəfdarı etiraz aksiyasında iştirak etmək üçün gələn onlarla xarici vətəndaşı deportasiya edib. 100 nəfər deportasiyanı gözləyir.
Qeyd olunur ki, ən azı 73 əcnəbi vətəndaş giriş qaydalarını pozaraq İstanbula uçan təyyarə ilə artıq deportasiya edilib.
Əlcəzairdən yola çıxan, Tunis və Liviyadan keçən “Blokadanı yarmaq” adlı nəhəng karvan Qəzza zolağına doğru gedir.
Onun son təyinat məntəqəsi Misirlə Qəzza zolağının sərhədindəki Rəfah sərhəd keçid məntəqəsidir.
Xuraman Etibarlı
İnterpress.az