İran ABŞ-nin təyyarə daşıyan gəmisini batırmaqla hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İran hər hansı təxribat baş verəcəyi təqdirdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” (Avraam Linkoln) təyyarə daşıyan gəmisini hipersəs raketləri ilə batıra biləcəyi barədə xəbərdarlıq edib.
Məlumatda iddia olunur ki, Tehran bu təhdidi reallaşdırmaq niyyətindədir.
Bildirilir ki, əgər belə bir hadisə baş verərsə, Fars körfəzindəki digər qüvvələr bölgəni tərk etməyə çalışacaqlar (əgər çatdıra bilsələr).
Bu ssenarinin reallaşması isə bütün dünyanın gözü qarşısında üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın gərginliyi artırmaq istəyinə rəsmi Tehran bu şəkildə cavab verib.
İndi əsas diqqət Trampın atacağı növbəti addıma yönəlib.
Xuraman Etibarlı
İnterpress.az






