İrandan İsrailə açıq HƏDƏ: Tam məhv etmədən dayanmayacağıqbackend

İrandan İsrailə açıq HƏDƏ: Tam məhv etmədən dayanmayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran növbəti müharibəni İsrail tam məhv olana qədər dayandırmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. SEPAH komandanının müşaviri yeni münaqişə başlayacağı təqdirdə bunun İsrailin sonu olacağını bəyan edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəqdi İsrailə qarşı sərt xəbərdarlıq edib.

General bəyan edib ki, əgər yeni bir münaqişə başlayarsa, bu müharibə İsrail tamamilə məhv edilənə qədər dayandırılmayacaq.

Onun sözlərinə görə, gələcək toqquşma İsrailin varlığına son qoyacaq miqyasda olacaq.

Xuraman Etibarlı

İnterpress.az