İranın anti-Azərbaycan TƏBLİĞATI: “Tehran doğurdan da xoşməramlı münasibətdədirsə,…”backend

İranın anti-Azərbaycan TƏBLİĞATI: “Tehran doğurdan da xoşməramlı münasibətdədirsə,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın xarici siyasətində, xüsusi ilə  Azərbaycana münasibətində riyakarlıq həmişə əsas xətti təşkil edir”.

Bunu İran-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən politoloq Yeganə Hacıyeva İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Azərbaycanla münasibətdə səbəbkar olduğu gərginliyin aradan qalxmasında Azərbaycanın prinsipiallığı, ölkə rəhbərinin regionla bağlı risklərin zamanında və mükəmməl dəyərləndirməsi və bu risklərin likvidasiyası üçün bazaların daha öncədən formalaşdırması rol oynadı:

“Bu prosesdə ən əsas məqam regionda yeni şərtlərdə risklərin düzgün dəyərləndirilməsi və onların ilkin fazada həlli taktikasının uğurlu qurulması idi. Etiraf etmək lazımdır ki, Azərbaycan prezidenti belə taktikaların qurulmasının mahir ustasıdır. Elə bu səbəbdən də istər Qoşulmama Hərəkatının ikinci dönəm üçün sədri Azərbaycandır, İqtisadi Əməkdaşlıq Təşkilatının beyin mərkəzi olan İƏT- Tədqiqat Mərkəzi Bakıdadır. Amma bu bəzi reallıqları dəyişmir.

İranın xarici siyasətində, xüsusi ilə  Azərbaycana münasibətində riyakarlıq həmişə əsas xətti təşkil edir. Baxmayaraq ki, ikili münasibətlərdəki gərginliyin aradan qaldırılması, qarşılıqlı münasibətlərin sonrakı fəaliyyətində  xoşməramlı əlaqələr  haqqında razılaşma var. Əgər İran doğurdan da  xoşməramlı münasibətdə maraqlı və ən əsası səmimidirsə,  anti-Azərbaycan təbliğatı, Azərbaycan rəhbərliyinə qarşı çirkin təbliğatı dayandırmalıdır”.

Gülşən