İranın Azərbaycana qarşı “qardaşlıq” anlayışı: “Ermənistana hərbi texnikanın daşınmasını təmin edib”backend

İranın Azərbaycana qarşı “qardaşlıq” anlayışı: “Ermənistana hərbi texnikanın daşınmasını təmin edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Araz çayı sahilində quraşdırdığı müasir radar və radioelektron mübarizə sistemləri vasitəsilə əldə edilən məlumatları Ermənistan silahlı qüvvələrinin Baş qərargahına ötürüb”.

İnterpress.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Tehranın Azərbaycan qarşısında rəftarlarının qardaşca olmağı ilə bağlı açıqlamasına münasibət bildirən politoloq Xəqani Cəfərli deyib.

Politoloq qeyd edib ki, İranın qardaşlıq anlayışı Azərbaycanın haqq işində düşmən tərəfinə dəstək verməkdən ibarətdir:

“Azərbaycan xalqı şəhidlərinin canı, qazilərinin qanı bahasına işğal altındakı torpaqlarını azad etdiyi zaman İran hərbiçiləri Azərbaycan dövlətinin suveren hüququnu kobud şəkildə pozaraq beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizə daxil olaraq ordumuzun sürətli yürüşünü əngəlləyərək Ermənistan ordusuna toparlanmaq imkanı yaradıb. Bunun nəticəsində Zəngilanın azad edilməsi gecikdiyi kimi, daha artıq şəhid vermişik.

Bundan başqa, İran kəşfiyyatı Araz vadisi boyu hücuma keçən Azərbaycan ordu birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edib, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışıb. Eyni zamanda İran öz ərazisi üzərindən Ermənistana silah və hərbi texnikanın daşınmasını təmin edib. Ən sonda da ermənilərə yardımını artıraraq Ermənistanı ayaqda tutmağa çalışan İran işğaldan azad edilən ərazilərimizlə sərhəddə iri miqyaslı hərbi təlim keçirərək dövlətimizə və xalqımıza hədə-qorxu gəlir. Molla rejiminin qardaşlıq anlayışı bundan ibarətdir”.

Gülşən