İranın xarici işlər naziri Trampın bəyanatını ƏLƏ SALDI: İsrailliləri Qrenlandiyaya göndərinbackend

İranın xarici işlər naziri Trampın bəyanatını ƏLƏ SALDI: İsrailliləri Qrenlandiyaya göndərin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Trampın Qəzza zolağının köçürülməsi ilə bağlı bəyanatını şərh edib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əraqçi “Sky News” telekanalına müsahibəsində deyib.

Əraqçı ABŞ prezidenti Trampın Qəzza sakinlərinin başqa ölkələrə köçürülməsi ilə bağlı bəyanatını ələ salıb:

“Mən fərqli bir şey təklif edirəm. Fələstinlilərin əvəzinə israilliləri Qrenlandiyaya göndərməyə çalışın ki, onlar bir daşla iki quş vursunlar”.

Xatırladaq ki, ABŞ prezidenti Tramp Qəzza sakinlərinin ərəb ölkələrinə, o cümlədən İordaniya və Misirə köçürülməsini mümkün hesab etdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az