İranın yeni seçilmiş prezidenti ilk telefon danışığını Səudiyyə Ərəbistanının vəliəhdi ilə edib.
interpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və faktiki hökmdarı Məhəmməd bin Salman İranın yeni seçilmiş prezidenti Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Bin Salman ölkələr arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edib.
Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşdıqdan sonra ölkələr Tehran və Ər-Riyadda diplomatik nümayəndəliklərini açıblar.
Səudiyyə Ərəbistanının Məşhəddəki və İranın Ciddədəki konsulluqları da rəsmi olaraq işini bərpa edib.
Xuraman Etibarlı
İnterpress.az