İraq Kürdüstanı prezidenti PKK-nın qərarını ALQIŞLADIbackend

İraq Kürdüstanı prezidenti PKK-nın qərarını ALQIŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq Kürdüstanı prezidenti PKK-nın dağılma qərarını alqışlayır

İnterpress.az xəbər verir ki, bu barədə İraq prezidenti Neçirvan Bərzani X-hesabında yazıb.

“PKK-nın dağılması, tərksilah edilməsi və cənab Öcalanın (təşkilatın qurucusu) çağırışına əməl etmək qərarını regionun tarixində yeni səhifə açacaq həlledici addım kimi alqışlayırıq.

Bu addım siyasi yetkinliyin əlamətidir və Türkiyə ilə bölgədə birgəyaşayışı və sabitliyi gücləndirəcək həqiqi dialoqa yol açır”, – Bərzani bildirib.

O, həmçinin vurğulayıb ki, muxtariyyət bu tarixi fürsətin uğur qazanması üçün yardım və dəstək verməyə hazırdır.

Xuraman Etibarlı

İnterpress.az