İraq “Lukoyl”un əlindən nəhəng neft yatağını ALIR – Rusiya şirkəti SIXIŞDIRILIRbackend

İraq “Lukoyl”un əlindən nəhəng neft yatağını ALIR – Rusiya şirkəti SIXIŞDIRILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq “Lukoyl”un əlindən nəhəng neft yatağını alır.

İnterpress.az xəbər verir ki, Rusiya neft nəhəngi “Lukoyl” İraqda ciddi itki ilə üzləşib.

Məlumata görə, İraq hakimiyyəti “Qərbi Qurna-2” yatağını 12 ay müddətinə öz idarəçiliyinə götürür.

“Reuters” yazır ki, bu yataq dünya neft hasilatının təxminən 0,5 faizini təmin edir.

Bildirilir ki, bu müddət ərzində rəsmilər aktiv üçün yeni sahib tapmağı planlaşdırırlar.

Rusiya şirkətinin Amerika şirkətləri ilə əvəzlənməsi riski mövcuddur.

Qeyd edək ki, hazırda ABŞ sanksiyaları altında olan “Lukoyl” xarici layihələrini ixtisar edir və mühüm aktivlərini itirir.

Xuraman Etibarlı

İnterpress.az