İraq silahlıları İranda etirazları yatırmağa kömək edir – CNN-dən ŞOK İDDİAbackend

İraq silahlıları İranda etirazları yatırmağa kömək edir – CNN-dən ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq silahlıları İranda etirazları yatırmağa kömək edir.

İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İraqın şiə milis dəstələrinin nümayəndələri İranda davam edən etiraz aksiyalarının yatırılmasında iştirak edirlər.

İraqın “Kətaib Hizbullah” qruplaşmasının rəhbəri Əbu Hüseyn əl-Humeydavi İrana dəstək məqsədilə “hərtərəfli müharibəyə” hazırlaşmağa çağırıb.

O, Tehranın düşmənlərini “acı məğlubiyyət”lə hədələyib və dini liderlərin icazə verəcəyi təqdirdə cihad elan ediləcəyini bəyan edib.

Bu bəyanatlar fonunda İranmeyilli İraq silahlılarının İrandakı etirazların zorla yatırılmasında bilavasitə iştirak etdiyi barədə məlumatlar yayılıb.

CNN-in xəbərinə görə, son həftələr ərzində minlərlə iraqlı döyüşçü İrana daxil olub.

Mənbələr təxminən 5 min nəfərin sərhədi keçərək İranın cənubuna yollandığını bildiriblər.

Analitiklər qeyd edirlər ki, bu döyüşçülər Tehrana sadiq qruplara, o cümlədən “Kətaib Hizbullah”a məxsusdur.

Onlar formal olaraq İraqın güc strukturlarına inteqrasiya edilsələr də, ekspertlərin fikrincə, faktiki olaraq Tehranın maraqları naminə fəaliyyət göstərirlər.

Yaxın Şərq üzrə ekspert Set Frantsman “BILD” nəşrinə açıqlamasında bildirib ki, İranın dəstəklədiyi iraqlı silahlıların etirazları yatırmaq üçün İrana daxil olması Tehran rejimi ilə İraqdakı qruplaşmalar arasındakı sıx əməkdaşlığı nümayiş etdirir.

Xuraman Etibarlı

İnterpress.az