İraqda “Kətaib Hizbullah” qruplaşmasının lideri ÖLDÜRÜLDÜbackend

İraqda “Kətaib Hizbullah” qruplaşmasının lideri ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kətaib Hizbullah”ın lideri ABŞ və İsrailin birgə əməliyyatı ilə məhv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı rəsmi bəyanatda məlumat verilib.

“Kətaib Hizbullah” öz lideri Əli Hüseyn əl-Freicinin İraqın cənubunda qətlə yetirildiyini elan edib.

Təşkilatın bəyanatında qeyd olunur ki, o, martın 4-də ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olub.

Hadisə qruplaşmanın əsas bazasının yaxınlığında baş verib. İçərisində “Kətaib Hizbullah”ın üç üzvünün olduğu avtomobil hədəfə alınıb.

Məlumata görə, əl-Freici 20 ildən artıq idi ki, sözügedən təşkilatın sıralarında fəaliyyət göstərirdi.

Bundan əvvəl qruplaşma öz üzvlərinə İrana hücum ediləcəyi təqdirdə uzunmüddətli müharibəyə hazır olmaq barədə xəbərdarlıq etmişdi.

Təşkilat İslam Respublikasını müdafiə etmək üçün münaqişəyə qoşulmağın “çox böyük ehtimal” olduğunu bəyan etmişdi.

Xuraman Etibarlı

İnterpress.az