Tramp Bağdadı yardımları kəsməklə hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Tramp bildirib ki, əgər İraqda ABŞ üçün “arzuolunmaz” bir siyasətçi baş nazir postunu tutarsa, Vaşinqton bu respublikaya kömək etməyəcək.
O, konkret olaraq Nuri əl-Malikinin namizədliyinə toxunaraq qeyd edib ki, onun hakimiyyətdə olduğu əvvəlki dövrdə ölkə xaos və yoxsulluğa qərq olub.
“Əgər biz İraqa kömək etməsək, İraqın uğur qazanmaq, çiçəklənmə və ya azadlıq üçün heç bir şansı olmayacaq”, – Tramp vurğulayıb.
Qeyd edək ki, Nuri əl-Maliki 2006-2014-cü illərdə İraqın baş naziri olub.
Ötən şənbə günü Şiə partiyalarının Koordinasiya Şurası onu yenidən hökumət başçısı postuna namizəd göstərib.
Trampın “İraqı yenidən möhtəşəm edək” şüarı ilə çıxış etməsi Bağdadın daxili siyasətinə birbaşa təzyiq kimi qiymətləndirilir.

Xuraman Etibarlı
İnterpress.az






