İrəvanda Zvartnots hava limanında Braziliya vətəndaşı ölüb.
interpress.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb. Bildirilir ki, Braziliya vətəndaşı Lukas Araujolima avqustun 8-də İrəvan Zvartnots hava limanından Astqik tibb mərkəzinə gedərkən yolda dünyasını dəyişib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşın ölümündə günahkarların gömrükçülər olması barədə əməliyyat məlumatlarına malikdir”, – deyə məlumatda bildirilir.
Saytın məlumatına görə, 30 yaşlı braziliyalı ürək-ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb. İstintaq Komitəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb.
Xuraman Etibarlı
İnterpress.az