İşçilər 36 yaşlı işəgötürəni öldürərək cəsədini zibilliyə atıblar.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistanda bir neçə həftədir itkin düşənlər siyahısına salınan İ.Simonyanın öldürüldüyü məlum olub. Onun qətlinin əsas halları üzə çıxıb.
Təqsirləndirilənlər arasında qətlə yetirilən kişinin həyat yoldaşı da var.
İstintaq Komitəsinin məlumatına görə, cinayət törətməkdə şübhəli bilinən şəxs və onun şərikləri zərərçəkmişin ərinin itkin düşməsi barədə ərizə ilə müraciət edən 31 yaşlı arvadı, həmçinin öldürülən adama məxsus anbarda işləyən 25 və 36 yaşlı iki nəfərdir.
Xuraman Etibarlı
İnterpress.az