Müasir dünyada işgüzarlıq asılılıqlardan biri kimi tanınır – alkoqolizm, narkomaniya və ya “şopoqolizm” kimi.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına psixoloq Larisa Ovçarenko məlumat verib. Onun fikrincə, insanın bütün həyatı işdən ibarətdirsə, o, işgüzardır.
Psixoloq deyir ki, işgüzarlıq narkomaniya və alkoqolizm kimi bir asılılıqdır.
Bu xəstəliyin əsas əlaməti işdən başqa həyatdaheç bir marağın olmamasıdır.
İşgüzar insanlar karyeralarını hər şeydən – ailədən, dostlardan və yaxınlarından üstün tuturlar.
Rəhbərlər, əlbəttə ki, belə işçiləri bəyənirlər. Lakin daimi gərginlikdən və tapşırıqları yerinə yetirməyə konsentrasiyadan işçilər depressiya, əsəbilik və pis əhval-ruhiyyə inkişaf etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az