İŞİD silahlıları Konqoda 120-dən çox adamı ÖLDÜRDÜ – VİDEObackend

İŞİD silahlıları Konqoda 120-dən çox adamı ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD yaraqlıları Konqoda 120-dən çox adamı öldürüb.

İnterpress.az xəbər verir ki, pulemyot və pala ilə silahlanmış terrorçular Masala, Mahıxi və Kəmə kəndlərində kütləvi qırğın törədiblər.

Onların qurbanları xristian inancının sakinləri və bir neçə təhlükəsizlik qüvvələri olub.

Sağ qalanların sözlərinə görə, yaraqlılar əhalini İslam Dövlətinin hücumlarından qorumaq üçün çağırılan hökumətyönlü silahlı birləşmələrin döyüşçüləri adı altında yaşayış məntəqələrinə daxil olublar.

İslamçılar ölənlərdən bir neçəsinin başını kəsib, sonra yandırıblar. Silahlılar dükanları və sakinlərin evlərini də qarət ediblər.

Bələdiyyə orqanları hesab edir ki, silahlılar bu yaşayış məntəqələrində təhlükəsizlik qüvvələrinin sayının az olması səbəbindən hücumlar həyata keçirmək qərarına gəliblər.

Xuraman Etibarlı

İnterpress.az