1 yanvar – 15 noyabr 2023-cü il tarixləri arasında İspaniyaya gələn qeyri-qanuni mühacirlərin sayı 46 min 862 ilə indiyə qədərki ən yüksək səviyyəyə yüksəlib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, ölkəyə 46 min 862 qeyri-qanuni immiqrant daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz artım deməkdir.
Bunların əksəriyyəti, 45 min 707 nəfəri Şimali Afrika sahillərindən dəniz yolu ilə gələnlərdir.
32 min 436 qeyri-qanuni immiqrant, 1 Yanvar-15 Noyabr tarixləri arasında keçən ilin eyni dövrünə görə yüzdə 118 artımla qeyri-qanuni köç üçün son illərdə ən çox istifadə edilən yol olan İspaniyanın cənub-qərbindəki Kanar adalarına çatıb.
İstər İspaniyada, istərsə də Kanar adalarında qeydə alınan və 2006-cı ildə qırılan şəxsiyyəti təsdiq edilmədən ölkəyə ən çox qeyri-qanuni immiqrant daxil olan rekord, ilin sonuna 45 gün qalmasına baxmayaraq, 2023-cü ildə qırılıb.
Muxtar administrasiya hökuməti, Daxili İşlər Nazirliyinin qeydlərini elan etməsindən sonra 16 və 17 noyabr tarixlərində üç qayıqla cəmi 50 qeyri-qanuni immiqrantın gəldiyi Kanar adalarına təcili yardım çağırışları edir.
İspaniyaya quru yolu ilə gələn qeyri-qanuni immiqrantlar Mərakeş sərhədində yerləşən Seuta və Melilla muxtar şəhərlərindən gəlirlər.